Logo
  • az
    en
  • Haqqımızda
    Məlumat Vizyon, Missiya və Məqsədlər Dəyərlərimiz Struktur Əlaqə
  • Prioritetlər
  • Layihələr
  • Xəbərlər
  • Sənədlər
    Fərman Nizamnamə
Əlaqə vasitələri və ünvan
+994 12 599-12-09 info@tif.edu.az Fətəli Xan Xoyski, 109, Bakı, Azərbaycan
Sosial şəbəkələr

“Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinin finalçıları ilə görüş keçirilib

22 İyun 2023

İyunun 21-i Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsi finalçılarının iştirakı ilə görüş keçirilib.

Başlıca məqsəd təqdim edilmiş layihə və təkliflərin dinlənilməsi, müzakirəsi və dəstəklənməsi perspektivlərinin dəyərləndirilməsi olub.

Görüşdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Zaur Kazımov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov və SABAH.hub-ın Baş icraçı direktoru Rəhim Bayramlı iştirak ediblər.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsi haqqında məlumat verib. 2 mərhələdən ibarət olan müsabiqəyə 20 gün ərzində Azərbaycanın 28 dövlət və özəl ali təhsil müəssisəsindən 150 müraciətin daxil olduğu qeyd olunub.

E.Nəsibov qonaqlara bu təşəbbüsdə iştirak etdikləri üçün minnətdarlığını bildirib.

Görüş zamanı tələbələr “İnklüziv təhsilin İnkişafı”, “Qeyri-formal təhsil metodları”, “Təhsildə texnologiyanın tətbiqi” və “Təhsildə idarəetmə” mövzuları üzrə ideya və təkliflərini təqdim ediblər. Hər çıxışdan sonra qonaqlar və tələbələr arasında layihəyələrə dair müzakirələr aparılıb.

Logo

© 2023 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil İnkişafı Fondunun rəsmi internet saytı.
Müəllif hüquqları qorunur.