Logo
  • az
    en
  • Haqqımızda
    Məlumat Vizyon, Missiya və Məqsədlər Dəyərlərimiz Struktur Əlaqə
  • Prioritetlər
  • Layihələr
  • Xəbərlər
  • Sənədlər
    Fərman Nizamnamə
Əlaqə vasitələri və ünvan
+994 12 599-12-09 info@tif.edu.az Fətəli Xan Xoyski, 109, Bakı, Azərbaycan
Sosial şəbəkələr

Təhsilin İnkişafı Fondu ilə Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib

19 İyun 2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun nümayəndələri ilə görüş olub.

Əməkdaşlıq istiqamətlərinin müzakirə edildiyi görüşdə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli aktiv məşğulluq tədbirlərinin ildən-ilə genişləndiyini, yeni əməkdaşlıqlar hesabına bir sıra layihələrin icra edildiyini diqqətə çatdırıb. O, eyni zamanda peşəkar kadrların hazırlanması istiqamətində Agentlik tərəfindən görülən tədbirlər, peşə hazırlığının təşkili mexanizmi barədə də məlumat verib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun fəaliyyəti, həyata keçirilən layihələr və proqramlardan danışıb. Universitet-sənaye işbirliyinin möhkəmləndirilməsi, peşəkar kadr hazırlığının təmin olunması və sosial cəhətdən həssas kateqoriyadan olan vətəndaşların dəstəklənməsini hədəfləyən layihələrdə Agentlik ilə əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini qeyd edib. E.Nəsibov həmçinin bu il ilk dəfə təşkil ediləcək “Təhsilin İnkişafı Forumu” na Agentliyi tərəfdaş olaraq dəvət edib.

Daha sonra iki qurum arasında əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Logo

© 2023 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil İnkişafı Fondunun rəsmi internet saytı.
Müəllif hüquqları qorunur.